22 C
Baku
12 Sentyabr 2025, 1:32
Baş xəbərSiyasət

Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu İsrailə hücumları pisləyib

Bugun.tv xəbər verir ki, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun İsrailə qarşı genişmiqyaslı hücumlar ilə bağlı bəyanat yayıb.

“Report” bəyanatı təqdim edir: “Bu gün Qəzza sektorunun ərazisindən İsrailə qarşı baş vermiş, mülki obyektləri, yaşayış məntəqələrini və şəxsləri qəsdən hədəf alan raket zərbələri ilə müşayiət edilən hücumları qətiyyətlə pisləyirik.

Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu bu amansız hücumlarda həyatlarını itirmiş şəxslərin ailələrinə və yaxınlarına başsağlığı verir, yaralananlara isə şəfa diləyir.

Bu çətin zamanda İsrail xalqının yanındayıq”.

Qeyd edək ki, oktyabrın 7-də “HƏMAS” qruplaşması Qəzza zolağından İsrail ərazisinə hücum edib, raket atəşinə başlayıb. Məlumata görə, Qəzza zolağından 20 dəqiqə ərzində İsrailə 5000 raket buraxılıb.

 

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

“Sağlam Qadın – Sağlam Cəmiyyət” layihəsi baş tutdu

Aynur Camal

Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlandı

Aynur Camal

İki dil bilənlər üçün yaxşı xəbər: heç vaxt mövcud olduğunu bilmədiyimiz bir üstünlük

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu