9 C
Baku
21 Dekabr 2025, 13:49
Baş xəbərSiyasət

“Azərbaycan neft məhsullarının Ermənistana daşınması artıq reallığa çevrildi”

Azərbaycanın Ermənistanla iqtisadi əlaqələri açması sülh prosesinə yeni impuls verir – Məhəmməd Əsədullazadə

Azərbaycan Ermənistanı blokadadan çıxarıb. Bu barədə siyasi ekspert Məhəmməd Əsədullazadə öz sosial media hesabında  paylaşım edib.

Ekspertin sözlərinə görə, bu gün Azərbaycan neft məhsulları daşıyan steril çənli qatarlar Ermənistana daxil olub. Onun fikrincə, Azərbaycanın Ermənistana neft məhsulları göndərməsi və tranzit yüklərin daşınması ilə bağlı mövcud məhdudiyyətlərin aradan qaldırılması sülh prosesinin tərkib hissəsidir.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan da Azərbaycan neft məhsullarını daşıyan qatarın ölkəyə daxil olmasını paylaşaraq sülhün mövcudluğu ilə bağlı mesaj verib. Ekspert vurğulayıb ki, artıq Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhə real ehtiyac yaranıb.

Onun fikrincə, mövcud proseslər fonunda sərhədlərin delimitasiya və demarkasiyası da problemsiz şəkildə baş tuta bilər. Anklav kəndlərlə bağlı məsələlərin prinsipial olaraq həllini tapacağını bildirən Əsədullazadə əlavə edib ki, Ermənistanla Azərbaycan arasında səmərəli və nəticəyönümlü dialoq formalaşıb.

Siyasi ekspertin qənaətinə görə, baş verən bu proseslər Ermənistanda keçiriləcək seçkilər ərəfəsində Nikol Paşinyanın mövqeyini də gücləndirən amillər sırasında yer alır.

Aynur Camal

Oxşar xəbərlər

Zədələnmiş mallar üçün pul ödəməyə ehtiyac varmı?

Aynur Camal

Sürücü olmaq mədəniyyət tələb edir: yol hərəkətində etik davranışın rolu

Aynur Camal

Neft emalı zavodunda yanğın baş verdi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu