4 C
Baku
14 Dekabr 2025, 11:00
Baş xəbərİqtisadiyyat

Azərbaycan neftinin qiyməti ucuzlaşdı

Bugun.tv xəbər verir ki, Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,75 dollar azalaraq 93,17 dollar olub.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin payı 25 faizdir.

 

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Raket və Artilleriya Qoşunlarının təlimləri davam edir – VİDEO

Aynur Camal

Ekstremal triller hündür binadan yıxılaraq öldü 

Kəmalə Sultan

Qocalar evində yanğın baş verib: Çoxlu ölü və yaralı var

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu