34 C
Baku
27 İyul 2025, 13:32
Digər

Azərbaycan Ordusunda təlim-metodiki toplanış keçirilir-FOTOLAR

Bugun.tv xəbər verir ki, Azərbaycan Ordusunda 2022-ci ilin döyüş hazırlığı planına əsasən birlik, birləşmə, hərbi hissə komandirlərinin müavinləri və artilleriya rəisləri ilə təlim-metodiki toplanış keçirilir.
Səhra şəraitində təşkil edilmiş təlim nöqtələrində zabitlərin bilik və bacarıqları qiymətləndirilir, artilleriya bölmələrinin atışa hazırlanması və praktiki atış tapşırıqlarının yerinə yetirilməsi üzrə fəaliyyətlər icra olunur.
Toplanışda həmçinin komandir heyəti ilə fərdi təcrübə mübadiləsinin həyata keçirilməsi, qarşılıqlı əlaqədə fəaliyyətlərin təşkili, yeni təlim üsullarının tətbiqi, eləcə də müxtəlif mövzularda metodiki məşğələlər keçirilir.
Vətən müharibəsində və müasir döyüş əməliyyatlarında qazanılan təcrübə nəzərə alınmaqla keçirilən toplanışın əsas məqsədi komandir heyətinin bölmələri idarəetmə vərdişlərinin, həmçinin əməliyyat və qərargah hazırlığı üzrə bacarıqlarının daha da təkmilləşdirilməsidir.

Xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Nigar Məmmədova

Oxşar xəbərlər

Tanınmış aparıcı energetiklərə təlim keçib

Kəmalə Sultan

İyunda qar və daşqın: VİDEO

Aynur Camal

Könüllülərə vinq çun döyüş sənətinin xüsusiyyətləri barədə məlumat verilib

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu