18 C
Baku
23 Oktyabr 2025, 8:42
Baş xəbərSiyasət

Azərbaycan Ordusunun raket və artilleriya bölmələri atəş tapşırıqlarını yerinə yetirir (VİDEO)

Müdafiə Nazirliyinin məlumatına görə, 2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Quru Qoşunlarının raket və artilleriya bölmələri atəşkəs tapşırıqlarını icra ediblər.

Plana uyğun olaraq, atəş dəstəyi göstərən bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq atəş mövqelərini tutublar.

Real döyüşə yaxın şəraitdə keçirilən təlimlərdə düşmənin dəqiq hədəflərinin sərrast atəşlə aşkar edilərək məhv edilməsi üzrə tapşırıqlar işlənib.

Təlimlərin əsas məqsədləri raket və artilleriya bölmələri komandirlərinin idarəetmə vərdişlərinin təkmilləşdirilməsi, şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən döyüş əməliyyatları zamanı fəaliyyətin planlaşdırılması, digər qoşun növləri ilə qarşılıqlı fəaliyyətin işlənməsidir.

Bugün.tv

Bugün TV

Oxşar xəbərlər

“Başıma şinyon, gözümə kirpik taxmıram, dodağımı da şişirtməmişəm”

Kəmalə Sultan

Avstraliyada “LP.8.1” xəbərdarlığı

Aynur Camal

Soyuq duş ürək xəstələrində ciddi problemlər yarada bilər

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu