Azərbaycan Ordusunun dünən şəhid olan hərbi qulluqçusu Şəmkirdə dəfn edilib. Şəhid əsgər Anar Kazımov doğulduğu Qaracəmilli kəndinin qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində hərbçilər, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib.
