Baş xəbərMədəniyyət

Azərbaycan plovu festivalda

Dağıstanın Dərbəndində ümumşəhər plov festivalı keçirilib

Azərbaycanlı, ləzgi, tat və tabasaran xalqları öz milli plov növlərini  təqdim ediblər.

 Bu barədə Bugün.tv  TASS– administrasiyasının mətbuat xidmətindən aldığı məlumata əsasən xəbər verir.

“Bu gün Dərbənddə şəhərin turizmin və xalq yaradıcılığının inkişafı mərkəzinin təşkilatçılığı ilə ümumşəhər plov festivalı keçirilib”, – mənbə bildirib.

“Ümumilikdə on çeşid var, bu il on birincisi ispan plovu olub. Bu tədbir turistləri maksimum dərəcədə cəlb etmək üçün keçirilir. Qonaqlarımıza qastronomiyamızı göstərib, tanıdırıq. Həmçinin burada Dağıstanın xalq sənətləri, rəsm qalereyası, teatr həyətləri var. ”, – deyə mətbuat əlavə edib.

 Rusiyanın və dünyanın ən qədim şəhərlərindən biri olan Dərbənd Xəzər dənizinin sahilində yerləşir, şəhərin 2000 illik yubileyi 2015-ci il sentyabrın 19-da keçirilib. Bu ərazidə yaşayış məntəqəsi 5 min ildən çox əvvəl mövcud olmuşdur. Şəhərin ən məşhur görməli yerlərindən biri Narın-qala qalasıdır.

Aynur Camal

Oxşar xəbərlər

Son xəbər: İsrailin 2025-ci il planı üzə çıxdı: Reaksiyalar ardı-arası kəsilmir!

Aynur Camal

Darçın dərmanların təsirini azalda bilər

Aynur Camal

İsveç polisi Quran kitabının yandırılmasına icazə verdi! – TƏXRİBAT

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu