Baş xəbər

Azərbaycan Prezidenti: COP29-a ev sahibi kimi biz indi rolumuzu körpülərin salınmasında görürük

Azərbaycan yekdil qərarla COP29-a ev sahibliyi edəcək ölkə kimi seçildi. Biz indi öz rolumuzu körpülərin salınmasında görürük.

Bugun.tv xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.

Tariximiz, coğrafiyamız, qarşılıqlı əlaqələrimiz, Avropa təsisatları ilə münasibətlər, eyni zamanda, coğrafi baxımdan Qərb ilə Şərq arasında yerləşməyimiz sayəsində çox işlər görə biləcəyimizi xatırladan dövlətimizin başçısı deyib: “Maliyyə COP29-un əsas mövzusu olacaq. Amma bizə həmrəylik və qarşılıqlı etimad lazımdır”.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Deputat fitrə zəkatının verilmə qaydası və vaxtını açıqladı

Aynur Camal

Deputat Qədir gecəsinin vaxtı ilə bağlı paylaşım edib

Aynur Camal

“İranın sərhədlərinin dəyişdirilməsi real görünmür”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu