24 C
Baku
11 Sentyabr 2025, 3:33
Baş xəbər

İlham Əliyev Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviçi qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviçi qəbul edib.

Bugun.tv AZƏRTAC -a istinadən xəbər verir ki, görüşdə X Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunuldu, bu tədbirdə iştirak edən nüfuzlu qonaqların sayının ilbəil artdığı vurğulandı. Dünya gündəmində duran aktual məsələlərin müzakirəsi baxımından bu beynəlxalq platformanın çox mühüm rol oynadığı bildirildi.

Söhbət zamanı dövlətimizin başçısı ilə Xorvatiyanın sabiq Prezidentinin görüşləri xatırlandı, Azərbaycan-Xorvatiya ikitərəfli münasibətlərinin uğurlu inkişafı qeyd edildi.

Nigar Məmmədova

Oxşar xəbərlər

Azyaşlının ölümü ilə nəticələnən hadisə baş verdi

Aynur Camal

Zelenski Rusiyaya danışıqların pozula biləcəyi barədə xəbərdarlıq edib

Aynur Camal

ÜST rəhbəri maskalardan istifadəni və COVID-ə qarşı peyvənd olunmağı tövsiyə etdi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu