3 C
Baku
14 Dekabr 2025, 9:03
Baş xəbərSiyasət

Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Milli Assambleyasının sədrini qəbul edib

Bugun.tv xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Serbiya Respublikası Milli Assambleyasının sədri Vladimir Orliçi qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında dostluq əlaqələrinin zəngin tarixə malik olduğunu deyərək bunun qarşılıqlı dəstəyə əsaslanan münasibətlərimizin inkişafı üçün yaxşı zəmin yaratdığını bildirdi, Serbiyaya səfərini məmnunluqla xatırladı.

İqtisadi sahədə əlaqələrə toxunan Prezident İlham Əliyev investisiya, enerji, sənaye sahələri ilə bağlı fəal əməkdaşlığın həyata keçirildiyini dedi. Dövlətimizin başçısı münasibətlərimizin inkişafında parlamentlərarası əlaqələrin də önəmini qeyd etdi.

Azərbaycan Prezidenti Vladimir Orliçin səfərinin dinamik şəkildə inkişaf edən əməkdaşlığımızın genişlənməsi işinə töhfə verəcəyinə əminliyini bildirdi.

Qonaq, ilk növbədə, Serbiya Prezidenti Aleksandar Vuçiçin salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Serbiyanın dövlət başçısına çatdırmağı xahiş etdi.

Serbiya Milli Assambleyasının sədri ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq əlaqələrinin mövcud olduğunu dedi.

Görüşdə Azərbaycan ilə Serbiyanın daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində haqlı mövqelərini dəstəklədikləri qeyd edildi, münasibətlərimizin strateji tərəfdaşlıq prinsiplərinə, qarşılıqlı anlaşma və qarşılıqlı hörmətə əsaslandığı vurğulandı, parlamentlərarası əlaqələrin və parlamentlərarası beynəlxalq təşkilatlarda əməkdaşlığımızın vacibliyi vurğulandı.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Alimlər araşdırıb: İnsanlar iki yaş aralığında daha sürətli qocalırlar

Aynur Camal

Xarici işlər naziri Ceyhun Bayramov ilə iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub

Bugün TV

Honor Magic V5: dünyanın ən nazik qatlanan smartfonu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu