7 C
Baku
21 Dekabr 2025, 3:11
Digər

Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyada rəsmi səfərdədir

Bugun.tv– xəbər verir ki, deputat Vüqar Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyada rəsmi səfəri barəsində sosial media hesabında paylaşım edib.

O qeyd edib, son illər iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin daha da dərinləşməsi müşahidə olunmaqdadır. Regionun enerji təhlükəsizliyinin güclənməsinə xüsusi töhvə verən Azərbaycan hazırda 14 ölkəyə, o cümlədən Slovakiyaya qaz nəql edir. Azərbaycan həm Slovakiyaya, həm də onun qonşularına daha çox qaz nəql etmək niyyətindədir. Bunu Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata birgə bəyanatlarında deyib.

Azərbaycan ilə Slovakiya arasında yalnız enerji deyil, iqtisadiyyatın fərqli sahələrində əməkdaşlığı gücləndirilməsi imkanları var. Ötən il ölkələr arasında ticarət dövriyyəsi 46 milyon dollar olub. Bu ilin ilk 9 ayında isə 31 milyon dollara yaxın dövriyyə qeydə alınıb. İqtisadi potensialı nəzərə alsaq, tərəflər arasında ticarət dövriyyəsini daha da artımaq üçün ciddi imkanlar var.

Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya səfəri yalnız ikitərəfli münasibətlərdə deyil, bütövlükdə Mərkəzi və Şərqi Avropa dövlətləri ilə əlaqələrdə yeni səhifə açacaq. Bütövlükdə, ölkəmizin Mərkəzi və Şərqi Avropanin enerji təhlükəsizliyinin formalaşmasındakı rolu daha da artmaqdadır. Bu, Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirir.

Aynur Camal

Oxşar xəbərlər

“Misirdə Antik dövrdən qalma lüks gəmi batığı tapıldı”

Aynur Camal

Fransa Prezidenti Makron: Qəzzada prioritet atəşkəsə riayət etməkdir

Aynur Camal

Xəzərin sahilinə plastik qranulları kim “səpələyib”? – FOTOLAR

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu