Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlığın aşkarlanması ilə bağlı müraciət yayıb.
Məlumatda deyilir: “Edilli kəndində 1-ci müharibə zamanı Ermənistan tərəfindən işgəncələrə məruz qalan, öldürülmüş Azərbaycan əsgərlərinin kütləvi məzarlığı aşkar edilib. Edilli Ermənistan tərəfindən azərbaycanlı girovlar üçün həbs düşərgəsi kimi istifadə edilib. 4000 azərbaycanlı hərbçi və mülki şəxs itkin düşüb. Ermənistan kütləvi məzarlıq yerlərini verməkdən imtina edir”.