15 C
Baku
24 Oktyabr 2025, 1:43
Digər

“Azərbaycan Prezidentinin Qazaxıstana dövlət səfəri ölkələr arasında yeni səhifə açacaq”

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qazaxıstana dövlət səfərinə gəlib.

Bugun.tv – xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov öz Facebook səhifəsində açıqlamasını paylaşıb.

Vüqar Bayramov vurğulayıb ki, Azərbaycan və Qazaxıstan dərin strateji tərəfdaşlığa malik dövlətlərdir. 20 il öncə dövllətlər arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb. Siyasi münasibətlər ilə yanaşı, son illər iqtisadi əlaqələrin də dərinləşməsi müşahidə olunmaqdadır. Azərbaycan ilə Qazaxıstan arasındakı ticarət dövriyyəsi ötən il əvvəlki ilə nisbətən 33 faiz artaraq 470 milyon dollara çatıb. Qarşılıqlı ticarət dövriyyəsi 2025-ci ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çox olmaqla, 547 milyon dollara olub. Bu o deməkdir ki, bu ilin 9 ayında iki ölkə arasındakı ticarət dövriyyəsi 2024-ci ilin ümumi dövriyyəsindən 14 faiz çox olub.

Hər iki dövlət Orta Dəhlizin genişlənməsinə töhvə verirlər. Azərbaycan ilə Qazaxıstan arasında nəqliyyat-logistika əməkdaşlığı iqtisadi artım və regional bazarların inteqrasiyası üçün yeni imkanlar açan strateji əhəmiyyətli istiqamət hesab olunur. 2024-cü ildə Azərbaycan ilə Qazaxıstan arasında tranzit daşımaları əvvəlki dövrlə müqayisədə 20 faiz artaraq 3,5 milyon tondan çox olub. Bu isə daha çox Orta Dəhlizin ötürmə imkanlarının artırılması ilə bağlıdır.

Azərbaycan Prezidentinin Qazaxıstana dövlət səfəri ölkələr arasında münasibətlərdə yeni səhifə açacaq. İnvestisiya, ticarət, təhsil, nəqliyyat və logistika sahəsində əməkdaşlığın daha da dərinləşəcəyi gözlənilir.

Aynur Camal

Oxşar xəbərlər

Emil İlhamoğlu imzası olan “PHİBROWS” studionun yeni filialı Sumqayıtda açıldı- FOTOLAR

Bugün TV

Meteorologiyanın 14 əyalət üçün “sarı” mesajı: Güclü yağışa qarşı diqqətli olun

Bugün TV

Ukraynanın Çerniqov şəhərinə raket hücumu oldu: 7 nəfər öldü, 110-u yaralandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu