3 C
Baku
11 Fevral 2026, 17:25
Baş xəbərSiyasət

“Azərbaycan rəqəmsal iqtisadiyyat sahəsində yeni addımlar atır”

rəqəmsal iqtisadiyyat, Vüqar Bayramov, Azərbaycan rəqəmsal arxitektura, süni intellekt, informasiya texnologiyaları, kibertəhlükəsizlik, rəqəmsal sektor, iqtisadi inkişaf

Bugun.tv xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə ilə bağlı paylaşım edib.

Öz sosial media hesabında açıqlama verən deputat bildirib ki, bu plan ölkəmizin rəqəmsal iqtisadiyyatın inkişafını prioritetləşdirir və süni intellektin, informasiya texnologiyaları və kibertəhlükəsizlik sahələrinin iqtisadi səmərəliliyin artırılmasına xidmət edəcəyini göstərir.

Vüqar Bayramov qeyd edib ki, rəqəmsal arxitektura qərarqəbuletməni daha məhsuldar və şəffaf edir, biznesin inkişafı üçün yeni imkanlar yaradır. Deputat bildirib ki, Azərbaycanın rəqəmsal iqtisadiyyatı qeyri-neft ÜDM-inin 2,8%-ni təşkil edir və sektorun həcmi 3,3 milyard manatdır.

O əlavə edib ki, ABŞ ilə imzalanmış “Strateji Tərəfdaşlıq Xartiyası” bu sahədə əməkdaşlığı daha da dərinləşdirəcək və regionda Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi hədəflərinə töhfə verəcək.

Vüqar Bayramov vurğulayıb ki, 2026–2029-cu illər üçün hazırlanmış Strategiyanın icrası nəticəsində ölkədə rəqəmsal sektorun ÜDM-də payı artacaq, rəqəmsal xidmətlərin keyfiyyəti və əlçatanlığı yüksələcək, ixtisaslı kadrların sayı artırılacaq və iqtisadi sahələrdə rəqəmsal texnologiyaların tətbiqi genişlənəcək.

rəqəmsal iqtisadiyyat, Vüqar Bayramov, Azərbaycan rəqəmsal arxitektura, süni intellekt, informasiya texnologiyaları, kibertəhlükəsizlik, rəqəmsal sektor, iqtisadi inkişaf

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycan-ABŞ strateji tərəfdaşlıq xartiyası imzalandı

Aynur Camal

Vətən müharibəsi iştirakçısı vəfat etdi – Foto

Aynur Camal

Azərbaycan və ABŞ strateji tərəfdaşlıq sənədi imzaladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu