14 C
Baku
17 Aprel 2025, 19:03
Baş xəbərSosial

“Space TV”nin yayımı dayandırılacaq

Bu barədə bu gün sosial şəbəkə platformalarında xəbər paylaşılıb.

Bugun.tv xəbər verir ki,bu barədə Axşam.az-a Audiovizual Şura tərəfindən  məlumat verilib.

Bildirilib ki, iclasda “Space TV” redaksiyasının (kanalının) efirində baş vermiş qanun pozuntusu ilə bağlı məsələ müzakirə olunub.

İlk olaraq ümumölkə yerüstü televiziya yayımçısı olan “Space” Müstəqil Televiziya və Radio Şirkətinin “Space TV” redaksiyasının (kanalının) efirində 14 noyabr 2022-ci il tarixdə saat 12:00-14:45 arası yayımlanan “Gəl danış” proqramında zorakılığı və qəddarlığı təbliğ edən informasiyaya yol verilməsi və bununla da “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1.5-ci maddəsinin tələbinin (mediada yayımlanan informasiyada zorakılıq və qəddarlıq təbliğ olunmamalıdır) pozulması faktı müzakirə olunub.

Şura “Media haqqında” Azərbaycan Respublikası Qanununun 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq “Space TV” redaksiyasının efirində 17 noyabr 2022-ci il tarixdə proqramların yayımının 3 (üç) saatlıq müddətə (saat 12:00-dan saat 15:00-dək) dayandırılması haqqında qərar verib.

 

 

Nigar Məmmədova

Oxşar xəbərlər

Şəkər zavodunda yanğın oldu

Bugün TV

Oğurluq edən şəxs saxlanıldı

Nigar Məmmədova

 Bakı şəhərində dəyirmi masa təşkil olundu

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu