19 C
Baku
22 Noyabr 2024, 15:33
Baş xəbərDigər

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatı

Bugün.tv-nin Müdafiə Nazirliyindən aldığı son məlumata görə, Ermənistan kütləvi informasiya vasitələri və sosial media seqmentində Azərbaycanın Ermənistan ərazisinə müdaxilə etməsi barədə yayılan xəbərlər cəfəngiyyatdan başqa bir şey deyildir.

Regionda yeganə təcavüzkar və işğalçı dövlət Ermənistan Respublikasıdır. Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti və texnikasının Azərbaycan Qarabağ iqtisadi zonasında mövcudluğu hələ də davam edir.

Azərbaycan Ordusu Ermənistanın genişmiqyaslı təxribatına cavab olaraq lokal əks tədbirlər həyata keçirir və atəş nöqtələri neytrallaşdırılır.

Ermənistanın davam edən hərbi avantüra və revanşizm siyasəti, son bir ay ərzində Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəy istiqamətlərində Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutması və bu gün törətdiyi genişmiqyaslı təxribatları vəziyyətin gərginləşməsinin əsas səbəbidir. Buna görə də məsuliyyəti məhz Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır.

Aynur Camal

Oxşar xəbərlər

Suqovuşanda şəhidliyə ucalan Taleh Muxtarovun anım günüdür

Aynur Camal

“Kiber cinayətkarlığın yeni forması müşahidə olunur” – XƏBƏRDARLIQ 

Bugün TV

Həmyerlimiz Helen Həsənli olimpiadanın qalibi olub

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu