9 C
Baku
23 Dekabr 2024, 4:40
Digər

“Azərbaycan-Tacikistan münasibətləri yeni səviyyəyə yüksəldi”

“Prezident İlham Əliyevin cari il aprelin 5-də Tacikistan Respublikasına dövlət səfəri Azərbaycan-Tacikistan münasibətlərinin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir.
Səfər çərçivəsində Prezident İlham Əliyev mətbuata bəyanatında həm Tacikistanın, həm də Azərbaycanın 1990-cı illərdə keçdiyi çətin müstəqillik yoluna bir daha nəzər saldı. Ölkə başçısı bildirdi ki, o illərdə həm Prezident Rəhmon, həm də Ulu Öndər Heydər Əliyev, – hərəsi öz ölkəsində, – qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular. Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar. Bizim bugünkü uğurlu inkişafımızın arxasında məhz böyük liderlərin, xalqlarımızın liderlərinin əməyi durur. Onlar özləri üçün, öz həyatları üçün riskə gedərək dinc və uğurlu inkişafı təmin etmək naminə əllərindən gələni ediblər”.

Bugun.tv xəbər verir ki, fikri Milli Məclisin deputatı Jalə Əhmədova öz facebook hesabında qeyd edib.

“Prezident İlham Əliyev diqqətə çatdırdı ki, Azərbaycan Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazırdır. Ona görə ki, Tacikistan bizə yaxın ölkədir və sabitlik hökm sürən ölkədir. Səfərin nəticələrinə əsasən ən yaxın vaxtda konkret addımlar atılacaq. Hökumətlərarası komissiyanın növbəti iclasını bu il Tacikistanda keçirmək barədə razılıq əldə olunub. Hökumətlərarası komissiyanın iclasına qədər bizim məhz nəqliyyat-logistika qarşılıqlı əlaqələri, investisiya siyasəti, sənaye kooperasiyası məsələlərinə dair nümayəndə heyətlərinin üzvlərinə verilmiş bütün tapşırıqlar yerinə yetiriləcək”,- J.Əhmədova vurğulayıb.
“Bu gün iki ölkə arasında mədəni sahədə də qarşılıqlı əlaqələrin möhkəm təməli mövcuddur. Xalqlarımız əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Tacikistanda dahi Azərbaycan şairi, doğma Gəncədə doğulmuş, yaşamış və orada dünyasını dəyişmiş Nizami Gəncəvini sevirlər və ona ehtiram bəsləyirlər. Bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün zəmin yaradır.
Tacikistandan olan 50-yə yaxın kursant bu gün Azərbaycanın Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin tədris müəssisələrində təhsil alır. Tacik tələbələrin sayının artırılmasına şərait yaradılmasına dair qərar qəbul olunub. Azərbaycanlı tələbələr də böyük sevinc və istəklə Tacikistanda təhsil ala bilərlər.
Prezident İlham Əliyevin Tacikistana dövlət səfəri çərçivəsində iki ölkənin Daxili İşlər Nazirlikləri arasında əməkdaşlıq haqqında Saziş, gömrük sahəsində keçirilən mal və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında Protokol, Hökumətlər arasında iqtisadi əməkdaşlıq üzrə Tədbirlər Planı, Kənd Təsərrüfatı Nazirlikləri, Xarici İşlər Nazirlikləri, Mədəniyyət Nazirlikləri arasında əməkdaşlığın inkişafı, turizm, bank, ixrac və investisiyalar sahələrində əməkdaşlıq barədə sənədlər, Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Tacikistan Respublikasının İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol və bir sıra digər mühüm sənədlər imzalandı.
Heç şübhəsiz ki, imzalanmış bu sənədlər Azərbaycan-Tacikistan əlaqələrini yeni səviyyəyə yüksəltməklə yanaşı, həm də hər iki ölkə xalqlarının rifahının daha da yaxşılaşmasına, dövlətlərimizin daha da güclənməsinə öz töhfəsini verəcəkdir”,- deputat bildirib.

Nigar Məmmədova

Oxşar xəbərlər

G20 Liderlər Zirvəsi işə başlayıb

Bugün TV

Dünyanın ən uzunboylu kişisi ilə ən qısa boylu qadını görüşdü

Bugün TV

Nazir Göktaş: Biz media qurumlarımızı məsuliyyətli davranmağa dəvət edirik

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu