35 C
Baku
20 İyul 2025, 11:33
Baş xəbər

Azərbaycan və Çin klassik əsərlərinin tərcüməsi və nəşri ilə bağlı görüş keçirilib 

Azərbaycan nümayəndə heyətinin Çin tərəfi ilə Pekin Dil və Mədəniyyət Universitetində toplantısı baş tutub.

Görüş zamanı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Çin Xalq Respublikasının Milli Mətbuat və Yayım Administrasiyası arasında 2022-ci ildə imzalanmış Anlaşma Memorandumuna əsasən hər iki ölkənin klassik əsərlərinin tərcüməsi və nəşri ilə bağlı hazırki vəziyyət və görüləcək işlər müzakirə olunub.

Milli Mətbuat və Yayım Administrasiyasının birinci dərəcəli müfəttişi, Mərkəzi Komitənin Təbliğat Şöbəsinin İdxal və İxrac Bürosunun direktor müavini Cao Hayyun nümayəndə heyətini salamlayıb və Çin-Azərbaycan mədəni əməkdaşlığının davamı olaraq tərcümə layihəsinin önəmini vurğulayıb. Bildirib ki, layihə iki xalqın mədəni irsinin öyrənilməsi və təbliğinə öz töhfəsini verəcək.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin rəsmi nümayəndə heyəti Pekin Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycanın iştirakının təşkili ilə bağlı göstərilən dəstəyə, eyni zamanda Azərbaycanın mədəni irsinə olan diqqətə görə təşəkkürünü ifadə edib. Çin tərəfinə tərcümə layihəsinin hazırki vəziyyəti ilə bağlı məlumat verilib, həmçinin Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində iki xalqın mədəni əməkdaşlığının genişləndirilməsi imkanlarını müzakirə edilib.Çin tərəfi 10-cu Bakı Beynəlxalq Kitab Sərgisində bir neçə Çin nəşriyyatının iştirak edəcəyini bildirib.

Görüş Bakı Beynəlxalq Kitab Sərgisinin tanıtım çarxının nümayişi ilə yekunlaşıb.

Mənbə: Mədəniyyət Nazirliyi

Bugün TV

Oxşar xəbərlər

Rusiya atom elektrik stansiyasının “dünyanı radiasiyadan qoruyan sığınacağına” hücum etdi

Aynur Camal

Paytaxtda lift qırıldı, 4 nəfər ağır xəsarət aldı

Nigar Məmmədova

Türkman QHT-lərindən ibarət nümayəndə heyətinin Şuşa ziyarəti başa çatdı – FOTO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu