6 C
Baku
21 Dekabr 2025, 6:36
Baş xəbərDünya

Azərbaycan və Ermənistan sərhədləri yenidən müəyyənləşdirilir! Birgə əsasnamə təsdiq edildi

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Vaaqn Xaçaturyan hər iki ölkənin sərhədlərinin rəsmi müəyyənləşdirilməsinə cavabdeh olan komissiyaların iş prinsiplərini tənzimləyən birgə Əsasnaməni təsdiq ediblər.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən verilən məlumata görə, Əliyev “Azərbaycan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin müəyyən edilməsi və sərhəd mühafizəsi komissiyalarının birgə fəaliyyəti haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında fərman imzalayıb”.

Ermənistan prezidentinin bəyanatında qeyd olunub ki, Xaçaturyan oktyabrın 23-də Milli Assambleyada sözügedən reqlamentlə bağlı qanunu imzalayıb.

İki ölkənin sərhəd xəttini müəyyən etmək üçün Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə birgə komissiya yaradılıb.

Mütəmadi olaraq toplaşan komissiya avqustun 30-da iş prinsiplərini tənzimləyən birgə əsasnaməni qəbul edib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Albaniyanın lideri Edi Rama Meloni qarşısında növbəti dəfə diz çökdü

Aynur Camal

Minlərlə insan hökumətin siyasətinə etiraz etdi

Elnarə Dərziyeva

İtaliya məhkəməsi Maradonaya ölümündən sonra vergidən yayınma ittihamı üzrə bəraət verdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu