30 C
Baku
9 İyun 2025, 16:36
Mədəniyyət

Azərbaycan və gürcü aktyorları Gəncədə bir səhnəni bölüşdülər

Gəncə Dövlət Milli Dram Teatrında gürcü yazarı N.Dumbadzenin “Kukaraça” tamaşasının premyerası olub.

Gürcüstanın Ozurgeti Milli Dram Teatrı ilə birgə layihə çərçivəsində ərsəyə gələn tamaşada Azərbaycan və gürcü aktyorları eyni səhnəni bölüşüblər.

Layihənin bədii rəhbəri Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Aqil Bəhramlı, koordinatoru Gəncə Dövlət Milli Dram Teatrının aktyoru Yusif Cəfərovdur.

Tamaşanın quruluşçu rejissoru Gürcüstanın Əməkdar incəsənət xadimi, Ozurgeti Milli Dram Teatrının bədii rəhbəri və direktoru Vasili Ciqoqidze, quruluşçu rəssamı Rustavi teatrının baş rəssamı Lomqul Murusidze, rəssamı Mirzə Mehdi, xoreoqrafı Zeynəb Hüseynovadır.

Tamaşanın növbəti premyerası iyunun 7-si saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında olacaq.

Mənbə: WhatsApp/Mədəniyyət Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Ankarada Türkiyə Cümhuriyyətinin 100-cü il dönümü qeyd olunub  

Bugün TV

“Hər yerdə kitab” aksiyası bu dəfə qatarda təşkil olundu

Nigar Məmmədova

Fransada Azərbaycanın gənc rəssamlarının sərgisi açılıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu