23 C
Baku
9 İyun 2025, 22:00
Baş xəbərSiyasət

“Azərbaycan və Pakistan qarşılıqlı hörmət, etimad və ortaq dəyərlərə əsaslanan güclü və möhkəm əlaqələr qurub”

Pakistan Gənclərinin Lideri Qaiser Navab 1992-ci ilin iyun ayında Pakistan-Azərbaycan diplomatik əlaqələrinin qurulmasının 31-ci ildönümü ilə bağlı Bugun.tv-yə danışıb.

Tanınmış qlobal Pakistan gənclərinin lideri və Pakistan Azərbaycanlı Məzunlar Assosiasiyasının təsisçisi Qayser Nəvab bu əlamətdar hadisə iki xalq arasında paylaşılan davamlı dostluq və əməkdaşlıq ruhunun özündə əks etdirdiyini deyib. “Otuz il bundan əvvəl diplomatik əlaqələrin qurulmasından bəri Azərbaycan və Pakistan qarşılıqlı hörmət, etimad və ortaq dəyərlərə əsaslanan güclü və möhkəm əlaqələr qurub. Xalqlarımız arasında dostluq coğrafi sərhədləri aşaraq, əməkdaşlığın müxtəlif sahələrini, o cümlədən siyasi, iqtisadi, mədəni və təhsil mübadilələrini əhatə edib”.

Qaiser Navab Pakistan Azərbaycanlı Məzunlar Assosiasiyasının təsisçisi kimi Azərbaycan və Pakistan gəncləri arasında əlaqələrin təşviqində və dialoqun təşviqində assosiasiyanın oynadığı mühüm roldan söz açıb. Assosiasiya akademik mübadilələrin, mədəni proqramların və peşəkar əməkdaşlığın asanlaşdırılmasında, hər iki ölkənin məzunları arasında yoldaşlıq və anlaşma hissinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Bundan başqa Azərbaycan və Pakistan arasında tərəfdaşlıq ticarət və investisiyalardan tutmuş müdafiə və enerji əməkdaşlığına qədər bir çox sahələrdə səmərəli nəticələr verdiyini deyən Q.Nəvab, hər iki xalqın birgə səylərinin, davamlı dostluğunun nəticəsində regional sabitliyə, iqtisadi artıma və mədəni müxtəlifliyə nail olunduğunu qeyd edib.

Bu əlamətdar hadisə münasibətilə Qaiser Navab Azərbaycan və Pakistan hökumətlərinə ikitərəfli münasibətlərin möhkəmlənməsinə sarsılmaz sadiqliyinə görə ürəkdən minnətdarlığını bildirib. “Hər iki ölkənin uzaqgörən rəhbərliyi əməkdaşlıq və inkişaf mühitinin təşviq edilməsində mühüm rol oynayıb və gələcək illərdə genişlənmiş əməkdaşlığa yol açıb. Pakistan-Azərbaycan əlaqələrinin gələcəyini idarə etmək üçün münasibətlərin daha da möhkəmləsinə gənclərin cəlb edilməsi vacibdir. Gənclərin enerjisi, yaradıcılığı gələcək nəsillər üçün daha da sıx tərəfdaşlıq yaratmaqla, ölkələrimiz arasında əlaqələri daha da gücləndirmək potensialına malikdir”.

Diplomatik münasibətlərin 31-ci ildönümünü qeyd edən Qaiser Navab Pakistan Azərbaycanlı Məzunlar Assosiasiyasının Azərbaycan və Pakistan arasında əlaqələrin dərinləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirib. Assosiasiya mədəniyyətlərarası anlaşmanı. təhsil imkanlarını təşviq etmək və hər iki ölkənin gənclərini gücləndirən əməkdaşlıqları asanlaşdırmaq öhdəliyinə sadiq qaldığını deyib.Sonda Qaiser Navab Azərbaycan və Pakistan xalqlarına ən xoş arzularını çatdırıb.

“Qoy xalqlarımız arasında dostluq və əməkdaşlıq bundan sonra da çiçəklənsin, firavanlıq, sülh və ümumi nailiyyətlər gətirsin”, – deyə əlavə edib.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Si Cinpin Çinin yenidən birləşməsini tarixi zərurət adlandırdı

Aynur Camal

Prezident İlham Əliyev Ramazan bayramı münasibəti ilə xalqı təbrik edib

Elnarə Dərziyeva

2 fevral “Gəncliyin səsi”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu