14 C
Baku
21 Noyabr 2024, 18:35
Baş xəbər

“Azərbaycan və Rumıniya arasında əməkdaşlıq gözəl nəticələr doğuracaqdır!”

Pezident İlham Əliyevin iki gün əvvəl fevralın 2-də Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfəri zamanı verdiyi bəyanat bir sıra mühüm məqamlarla yadda qaldı. 

Öz bəyanatında Azərbaycan və Rumıniya arasında qarşılıqlı maraqlar əsasında qurulmuş əməkdaşlıqdan danışan dövlət başçımız bildirdi ki, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir. Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanıb və siyasi əlaqələrimiz çox yüksək səviyyədədir.

Cənab Prezident bəyanatında diqqətə çatdırdı ki, Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atılacaqdır.

Müasir dövrdə energetika sahəsində əməkdaşlığın aktuallığı durmadan artır. Bu gün energetika təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir. Uzun illərdir ki, Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir və orada 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var.

Bundan başqa, təbii qazın Rumıniyaya çatdırılmasına dair imzalanmış saziş də əməkdaşlığın yeni perspektivlərini müəyyən edir. Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniyanın imkanlarından istifadə edərək, digər Avropa ölkələrinə də Azərbaycan qazı nəql ediləcəkdir. Bu gün Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşıdır. İki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsi uğurla icra edilib. Ölkəmiz qaz ixracatını sürətlə artırır və keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında təbii qaz üzrə Strateji Tərəfdaşlıq Memorandumu imzalanıb.

Fevralın 3-də isə Prezident Yohannis Azərbaycanda keçirilən Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının açılış mərasimində iştirak etdi. Mərasimdə çıxış edən Prezident İlham Əliyev bildirdi ki, Prezident Yohannisin açılışda iştirakı bu tədbirin böyük əhəmiyyətindən xəbər verir. Bu istiqamətdə çox önəmli addım atılıb və sabah yaşıl enerji üzrə birinci Məşvərət Şurası keçiriləcək. Bu, çox strateji bir layihədir, böyük sərmayə tələb edən layihədir, bir neçə ölkəni və iki dənizi birləşdirən bir layihədir.

İki ölkə arasında prioritet əməkdaşlıq istiqamətlərindən biri də nəqliyyat sahəsidir. Bu gün Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var.

Bütün bu uğurlar deməyə əsas verir ki, Azərbaycan və Rumıniya arasında əməkdaşlıq həm qaz, həm yaşıl enerji dəhlizləri, o cümlədən nəqliyyat sahəsində də gözəl nəticələr doğuracaqdır.

Nigar Məmmədova

Oxşar xəbərlər

Vinq Çun Federasiyasının məşqçisi Azər Sahibi: “Təəssüf ki, gənclərin əksəriyyəti idmana deyil, internetə, sosial şəbəkələrə maraq göstərirlər”

Bugün TV

Regional Təhsil İdarəsinin yaranmasından bir il ötür

Nigar Məmmədova

İlham Əliyevin göstərişinə əsasən, Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım tədbirləri davam edir-FOTOLAR

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu