Bugun.tv xəbər verir ki, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova və təşkilatın Beynəlxalq əlaqələr departamentinin rəhbəri Nədimə Rəhimli Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən BMT-nin Qadınların Statusu Komissiyasının 68-ci sessiyasında vətəndaş cəmiyyəti nümayəndəsi olaraq təmsil olunurlar.
Qeyd edək ki, Komissiya BMT-nin gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi üzrə ən böyük yığıncağıdır.
Sessiyanın bu ilki əsas mövzusu yoxsulluğun aradan qaldırılması məqsədilə gender bərabərliyinə nail olunması və qadın-qızların səlahiyyətlərinin artırılmasının sürətləndirilməsi, eyni zamanda gender perspektivi baxımından institutların və maliyyələşdirmənin gücləndirilməsidir.
Sessiya işini 11-22 mart tarixlərində davam etdirəcək