Baş xəbərİdman

“Azərbaycana ilk qızılı biz gətirəcəyik”

Ramin Məmmədov

“Bizim hədəfimiz gələn il Parisdən Azərbaycana ilk qızıl medalı gətirməkdir, “- bunu Bugun.tv-ə müsahibəsində Raund Boks Akademiyasının baş müəllimi Ramin Məmmədov deyib.

“Bu il mənə ilin ən yaxşı məşqçi adı layiq görüldü. Bu cür diqqətlər bizi həqiqətən də sevindirir. İnsan hər hansısa bir iş ilə məşğul olub, onun nəticəsini görəndə bir az da motivasiya alır. Bizim komanda və klub olaraq bir məqsədimiz var- 2024-cü ildə Parisdə olimpiada keçiriləcək. Bizim də hədəfimiz oradan qızıl medal gətirməkdi. Hansı ki, hələ Azərbaycan bokusunda qızıl medalımız yoxdur.  Qarşımııza məqsəd qoymuşuq ki, boksdan Azərbaycana ilk qızılı biz gətirəcəyik. Bunun üçün də çalışırıq” , – R.Məmmədov bildirib.

Sonda R.Məmmədov bütün idmançılara uğurlar arzuladı.

Müxbir: İntizar Əmirova

 

Bugün TV

Oxşar xəbərlər

Paytaxtda qəza baş verdi: Yaralanan var

Aynur Camal

5,2 bal gücündə zəlzələ baş verdi

Teymur Əziz

Martın 20-də gözlənilən hava şəraiti

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu