Bugun.tv xəbər verir ki, Azərbaycanda əhalinin sayı artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin əvvəlindən bu günədək ölkə əhalisinin sayı 32 mindən çox artaraq 10 milyon 256 min nəfərə çatıb.
Məlumata əsasən, əhalinin 54 faizdən çoxu şəhərlərdə, 45 faizdən çoxu isə kənd yerlərində yaşayır. Kişilər əhalinin 49,8 faizini, qadınlar isə 50,2 faizini təşkil edir.
Rəsmi statistikaya görə, əhali artımı əsasən təbii artım hesabına baş verib.
Mənbə: ing.Apa.az
