25 C
Baku
10 Sentyabr 2025, 22:12
Baş xəbər

Azərbaycanda 3 yeni peşə bayramı təsis edildi – SƏRƏNCAM

Azərbaycanda üç dövlət qurumunun əməkdaşlarının peşə bayramı günü təsis edilib.

Bugun.tvnin əldə etdiyi məlumata əsasən, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının peşə bayramı günlərinin təsis edilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, hər il avqustun 23-ü Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti əməkdaşlarının peşə bayramı günü kimi, hər il sentyabrın 26-sı Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarının peşə bayramı günü kimi, hər il martın 16-sı Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əməkdaşlarının peşə bayramı günü kimi qeyd ediləcək.

Mənbə: prezident.az

Aynur Camal

Oxşar xəbərlər

Alp dağlarında qar uçqunu: 5 alpinist həyatını itirdi

Aynur Camal

Karsda binanın 3-cü mərtəbəsində partlayış oldu

Kəmalə Sultan

Metronun iş qrafikində dəyişiklik olacaq-MƏLUMAT

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu