Dünya

Azərbaycanda D8 Media Forumu baş tutub

Azərbaycanda İnkişaf etməkdə olan Səkkiz Ölkənin (D8) İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Media Forumu keçirilib.

Bakıda Azərbaycan Media İnkişaf Agentliyi tərəfindən təşkil edilən tədbirin açılışında ev sahibi Azərbaycanla yanaşı, üzv ölkələr olan Türkiyə, Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya və Pakistandan rəsmilər və mütəxəssislər iştirak ediblər.

Tədbirdə D8-in baş katibi səfir İsiaka Abdulkadir İmam və Pakistanın informasiya naziri Attaullah Tarar da iştirak ediblər.

Azərbaycan Prezidentinin müşaviri Hikmət Hacıyev Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətini oxuyub.

İlham Əliyev mesajında ölkəsinin D8 ailəsinin üzvü olduqdan bəri bu qurumu inkişaf etdirmək üçün səy göstərdiyini və bunun təkcə iqtisadi sahələrdə deyil, həm də mədəni, sosial və humanitar əməkdaşlıqda özünü göstərdiyini bildirib.

Müraciətində İlham Əliyev bildirib ki, “Qlobal böhranların və bəşəriyyətin üzləşdiyi yeni sınaq və çətinliklərin bu dövründə D8 ölkələrinin qarşılıqlı dəstək göstərməsi, o cümlədən media sahəsində həmrəylik göstərməsi son dərəcə vacibdir”. O, qlobal informasiya məkanında dezinformasiyanın, saxta xəbərlərin, hibrid təhdidlərin və süni intellekt imkanlarından sui-istifadənin davamlı olaraq artdığını vurğulayıb.

Prezident həmçinin vurğulayıb ki, bu amillər ölkələrin imicinə və daxili həyatına ciddi təsir göstərməklə yanaşı, ümumilikdə beynəlxalq sabitliyə və onlar arasında etimada xələl gətirir. Buna görə də o, dəqiq, qərəzsiz, obyektiv və məsuliyyətli informasiya mühiti yaratmaq üçün D8 üzv ölkələrinin media qurumları arasında etibarlı əməkdaşlığın qurulmasının vacibliyini qeyd edib.

Türkiyə öz bilik və təcrübəsini D8 ölkələri ilə bölüşməyə hazırdır.

Tədbirdə çıxış edən Kommunikasiya İdarəsinin Strateji Kommunikasiya və Böhranların İdarə Edilməsi şöbəsinin müdiri Bora Bayraktar qlobal ədalətsizliyin və bərabərsizliyin artdığı bu dövrdə D8 kimi beynəlxalq qurumların məsuliyyətinin də artdığını bildirib.

Bayraktar rəqəmsal media, sosial şəbəkələr və süni intellekt kimi inkişafların informasiya istehsalı və dövriyyəsinin sürətini artırdığını, eyni zamanda dezinformasiya və manipulyasiya kimi informasiya pozuntularının yayılmasına yol açdığını qeyd edib.

Bayraktar yeni media elementlərinin süni intellektin gücü ilə birlikdə hədəf ölkədə ictimai asayişi pozmaq və vətəndaşların dövlət qurumlarına inamını azaltmaq üçün silah kimi istifadə edildiyini vurğulayıb. O, bu vəziyyətin ünsiyyətin yenidən müəyyən edilmiş tərifini zəruri etdiyini də deyib.

Bayraktar Prezident Rəcəb Tayyib Ərdoğanın dəqiq və etibarlı məlumatlara əsaslanan vətəndaş mərkəzli ünsiyyət kampaniyası çağırışını xatırladaraq bunları bildirib:

“İnanırıq ki, gələcəkdə D8 çətiri altında yaradılacaq Mükəmməllik Media Mərkəzi media əməkdaşlığını və strateji ünsiyyət qabiliyyətimizi artıracaq. Türkiyə olaraq, bu mərkəzin yaradılmasında qazandığımız bilik və təcrübəni bölüşməyə, beynəlxalq əməkdaşlığı və koordinasiyanı gücləndirməyə hazırıq”.

Daha sonra Forum media əməkdaşlığının gücləndirilməsinə yönəldildi

Forum rəqəmsal platformaların artan təsiri, medianın texnoloji trendlərə uyğunlaşması, jurnalist məsuliyyəti və süni intellektin yaratdığı etik çətinliklər fonunda dəqiq, təsdiqlənmiş və etibarlı məlumatların vacibliyini müzakirə edən panellərlə davam edib.

Panellərdə D8 ölkələri arasında media əməkdaşlığının gücləndirilməsi ilə bağlı fikir və təkliflər müzakirə edilib.

“Dialoq, əməkdaşlığın və regional həmrəyliyin təşviqi” mövzusunda keçirilən forumda səkkiz ölkədən 150-dən çox iştirakçı iştirak edib.

Forumin yekununda “Bakı Bəyannaməsi” qəbul olunub. Eyni zamanda, D-8 Media Excellence Center yaratmaq təklifi verilib və bu mərkəzin Azərbaycanda yerləşdirilməsi planlaşdırılır.

Mənbə: Anadolu Ajansı

Aynur Camal

Oxşar xəbərlər

İngiltərənin Tehrandakı səfirliyi müvəqqəti bağlandı

Aynur Camal

Kanada hökuməti İranda olan vətəndaşlarına “dərhal ölkəni tərk edin” çağırışı etdi

Aynur Camal

Dünya Bankı Ermənistana 70,4 mln. avro kredit ayıracaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu