17 C
Baku
10 İyun 2025, 9:36
Digər

Azərbaycanda elmi kəşflər həyata keçirilirmi?

Yer kürəsində əhalinin sayı durmadan artır. Bununla da birmənalı olaraq, qidaya olan tələbat yüksəlir. Mütəxəssislər bildirir ki, insanların say çoxluğu, qlobal istiləşmə, quraqlıq, məhsul itkisi planetimizi qida çatışmazlığı ilə üz-üzə qoyur. Bu problemlərin qarşısını almaq təbii ki, elm adamlarının da üzərinə düşür.

Bugun.tv xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mikrobiologiya institutunda məhsul itkisinin qarşısının alınması istiqamətində mühüm işlər görülür. İnstitutun laboratoriya müdiri Könül Baxşəliyeva deyir ki, elə təbiətin özündən yerli şəraitdə ayrılmış ştamlardan, daha doğrusu, göbələklərdən bioloji preparatlar alınır və onlar yenidən təbiətə qaytarılaraq tətbiq edilir. “Bu  funksiyanın əhəmiyyəti ondan ibarətdir ki, torpaqda fitosanitar vəziyyəti yaxşılaşdırır, yəni gübrə rolunu oynayır, orda olan zərərli mikroorqaniozmlərdə antaqaniz münasibət yaradaraq torpağın fitosanitar vəziyyətini yaxşılaşdırır. Bundan başqa  torpağı qoruyur, münbitliyini artırır və eyni zamanda da bitkilərin üzərində olan patogen mikroorqanizmlərlə mübarizə aparıb, xəstəliklərin qarşısını alır. Xəstəliklərin də qarşısının alınması nəticəsində məhsul itkisinin keyfiyyəti kifayət qədər yüksəlir”.

Könül Baxşəliyeva onu da qeyd edir ki, bitkilər üzərində patogen mikroorqanizmlər olarsa, xəstəlik kütləvi şəkildə arta bilər. Bu halda isə məhsul itkisi 50-60 faizdən çox ola bilir ki, bu da məhsul itkisinə və qida çatışmazlığına gətirib çıxarır. “Apardığımız tədqiqatlar nəticəsində alınan bu məhsulumuz həm torpağın məhsuldarlığı ilə, yanaşı münbitliyini artırır və pitopotagenlərə qarşı mübarizədə aktiv nəticə göstərir. Bu da məhsul itkisinin qarşısını alır. Əgər nəticələrimiz daha geniş vüsət alıb, iqtisadi baxımdan tətbiq olunmağa başlayarsa, ölkənin neft sektorundan asılı olmadan bir sahənin də inkişaf eləməsinə gətirib çıxaracaqdır”.

Düzdür, xaricdən gələn preparatlar da var. Lakin qeyd olunduğu kimi bunlar canlıdırlar və yerli şəraitdə adaptasiya qabiliyyəti onlarda çox zəifdir . “Amma öz ölkəmizdə, öz yerli şəraitimizdə əldə olunan bu məhsullardan ayrılan göbələklərdən əldə olunan məhsullar rəqabətə daha dözümlüdülər və nəticələri də, keyfiyyəti də daha yüksəkdir”.

Nigar Məmmədova

Oxşar xəbərlər

10 min avro bağ evindən oğurlandı

Könül Kərimova

“Benya Korol və başqaları” tamaşasının premyerası olacaq

Şükufə Ramizqızı

103 yaşlı qadın uzunömürlülüyün sirrini açır

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu