21 C
Baku
14 Oktyabr 2025, 15:32
Baş xəbərİqtisadiyyat

Azərbaycanda günəş enerjisi istehsalı rekord səviyyədə artdı

“2025-ci ilin ilk yarısında Azərbaycanda günəş enerjisi istehsalı rekord səviyyədə, 3.5 dəfə artaraq 314.6 mln. kVt·st olub. Bu dövrdə bərpa olunan enerji mənbələrindən istehsal 15 faizə yaxın artaraq 2 330,1 mln. kVt saata çatıb. Bütövlükdə, həmin dövrdə ölkəmizdə elektrik enerjisinin istehsalı 291,5 mln. kVt·st., yəni 2,2% artaraq 13 849,3 mln. kVt·st. olub. Külək elektrik stansiyalarında isə 21,0 mln. kVt·st istehsal qeydiyyata alınıb”.

Bugun.tv-xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov öz sosial media hesabında paylaşıb.

Millət vəkili həmçinin vurğulayıb ki, əksər inkişaf etmiş ölkələrdə ev təsərrüfatları və eləcə də icmalar bərpa olunan enerji mənbələrdən, o cümlədən külək və günəş enerjisi istehsal edərək həm öz istehlaklarını ödəyirlər, həm də artıq hissəni dövlətə satırlar. Bu ev təsərrüfatlarının enerji satışından gəlir əldə etməsinə də imkan yarada bilir. Oxşar praktikanın Azərbaycanda tətbiq olunması elektrik enerjisi istehsalını artırmaqla yanaşı vətəndaşların daha ucuz enerji almasına gətirib çıxara bilər. Bu daha aşağı xərclə və qiymətlə enerji əldə edilməsinə imkan yarada bilər. Eyni zamanda, enerji istehsalı və satışına yeni yanaşmanın tətbiqinə imkan yaratmaqla yanaşı enerji xəclərini azalda bilər. Bunun üçün icma əsaslı inteqrasiya olunmuş infrastrukturun formalaşdırılması da vacibdir.

COP29-a ev sahibliyi edən Azərbaycanda bərpa olunan mənbələrdən enerji istehsalının artırılması regionda yaşıl enerji zonasının genişlənməsinə dəstəkdir. Bu ölkəmizin iqlim dəyişikliyi və ətraf mühitin qorunması, eləcə də yaşıl iqtisadiyyatın güclənməsi ilə bağlı qlobal və regional hədəflərə töhvəsidir.

Aynur Camal

Oxşar xəbərlər

Vilayət Eyvazovun görüş vaxtı dəyişdirildi

Aynur Camal

Müdafiə naziri Macarıstan Milli Assambleyasının sədr müavini ilə görüşüb

Aynur Camal

2 nazir və 4 yüksək vəzifəli məmur istefa verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu