5 C
Baku
26 Yanvar 2026, 19:46
Dünya

Azərbaycanda ilk dəfə: “Biznes Çin dili” kitabı işıq üzü görüb

Bugun.tv– xəbər verir ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov öz sosial media hesabında “Biznes Çin dili” adlı ilk dəfə nəşr olunan kitabın təqdimat mərasimində iştirakı ilə bağlı paylaşım edib. Deputat bildirib ki, təqdimat mərasimi Ali and Nino kitab mağazasında baş tutub.

Ceyhun Məmmədov paylaşımında qeyd edib: “Bu nəşr yalnız bir dil öyrənmə vəsaiti deyil — Azərbaycan ilə Çin arasında iqtisadi, mədəni və elmi əlaqələrin daha da inkişafı üçün strateji körpüdür. Qlobal iqtisadi sistemdə Çin kimi nəhəng bir bazarı anlamaq, onun biznes üslubuna və iqtisadi fəlsəfəsinə bələd olmaq artıq zərurətə çevrilib.

Bu kitab, həm gənclərimizə, həm sahibkarlarımıza yeni fürsətlər açacaq, iki ölkə arasında qarşılıqlı etimad və əməkdaşlıq mühitini gücləndirəcək. Belə təşəbbüslər Azərbaycanın xarici iqtisadi əlaqələrinin dərinləşməsi, dil və mədəni diplomatiyasının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Sözügedən kitabın müəllifi Xədicə Hikmətovanı və dəyərli layihəyə töhfə verən hər kəsi təbrik edir, yeni nailiyyətlər arzulayıram”.

Aynur Camal

Oxşar xəbərlər

Pandalara vida: Minlərlə insan zooparka axışdı

Aynur Camal

ABŞ yeni milli müdafiə strategiyasını açıqladı — Aqil Məmmədovun şərhi

Aynur Camal

BƏƏ-Küveyt münasibətlərində “Brothers Forever” bayramı elan olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu