Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında Meşələrin İnkişafı Xidməti birlikdə meşə təsərrüfatlarından əldə edilmiş işlik oduncağın satışı məqsədilə ilk dəfə açıq hərrac keçirib.
Bugün.tv-nin ETSN-nin yanında Meşələrin İnkişafı Xidmətindən aldığı məlumata görə, hərraca ümumilikdə 524 kubmetr müxtəlif cinsli işlik oduncaq materialı çıxarıb.
Hərraca çıxarılan meşə materialları Qəbələ, Oğuz və Şabran rayonlarının meşə təsərrüfatlarında meşələrdən taplananlardır. Bura palıd, qoz, qızılağac, şabalıd, göyrüş, ağcaqayın, fısdıq, qovaq, vələs, cökə ağaclarının oduncaqları çıxarılıb.
Hərraca 18 ədəd oduncaq topaçı çıxarılıb onların həcmi 1,5 kubmetrdən başlayaraq 244 kubmetrə qədər dəyişir.
Oduncaqların ilkin qiymətləri 1 kubmetrə görə 70-350 manat arasındv dəyişir. Ən bahalı oduncaq qoz və şabalıd ağacıdır – 350 manat, qovaq və vələs ağacları 70-80 manata, qalan ağac növləri isə 100-120140 manat satışa çıxarılıb.
Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov «Real TV»yə müsahibəsində bildirib ki, hərracda iştirak üçün 10 nəfər ilkin ödəniş edərək müraciət edib, hərracda oduncaqların 400 m3-i satılıb.