12 C
Baku
28 Mart 2026, 19:05
Sosial

Azərbaycanda kənd təsərrüfatında süni intellekt dövrü başlayır – yeni dövlət layihəsi işə düşdü

Bugun.tv– xəbər verir ki, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ölkədə “Süni İntellektin Kənd Təsərrüfatında İstifadəsi” adlı yeni layihənin icrasına start verib.

Layihənin məqsədi aqrar sahədə suvarma, torpaq məhsuldarlığı və xəstəliklərin izlənməsi kimi prosesləri süni intellekt texnologiyaları vasitəsilə optimallaşdırmaqdır.

Kənd Təsərrüfatı Nazirliyidən verilən məlumata görə, ilkin mərhələdə 30-dan çox istifadə ssenarisi hazırlanıb.

Sistemlər torpağın vəziyyəti, su ehtiyatlarının idarə olunması və məhsul itkilərinin azaldılması üzrə analizlər aparacaq.

Layihə beynəlxalq tərəfdaşların iştirakı ilə həyata keçirilir və 2024-cü ilin sonuna qədər yerli fermerlərdən toplanan məlumat bazasına əsaslanacaq. Gözlənilir ki, bu təşəbbüs kənd təsərrüfatında məhsuldarlığı artırmaqla yanaşı, resursların daha səmərəli istifadəsini təmin edəcək.

Aynur Camal

Oxşar xəbərlər

“Oyun sonrası depressiya” nədir və kimlərdə baş verə bilər?

Aynur Camal

Qida məhsulu: Orqanlar və onların faydaları

Aynur Camal

“Silinən izlər. Azərbaycan İrəvanı” sənədli filminin təqdimatı baş tutub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu