20 C
Baku
10 Oktyabr 2025, 19:01
Baş xəbərMədəniyyət

Azərbaycanda Türkmənistan Mədəniyyəti Günləri keçiriləcək

Türk dünyası ailəsinin üzvü olan Azərbaycan Respublikası ilə Türkmənistan Respublikasını qədim tarix, ortaq köklər və birgə mədəni-mənəvi dəyərlər birləşdirir. Son illər iki ölkə arasında münasibətlər sürətlə inkişaf edir, mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlıq dərinləşir.

Bugun.tv– yə daxil olan məlumata əsasən də, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 13-15 oktyabr tarixlərində ölkəmizdə Türkmənistan Mədəniyyəti Günləri keçiriləcək.

Bu münasibətlə qardaş ölkənin mədəniyyət xadimləri və incəsənət ustalarından ibarət geniş nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Maraqlı proqramı olan mədəniyyət günləri çərçivəsində Türkmənistanın musiqisi, dekorativ-tətbiqi sənəti, muzey eksponatları və mətbəx nümunələrinin geniş təqdimatı olacaq.

Bundan əlavə, Azərbaycan Milli Kitabxanasında “Türkmənistan ədəbiyyatı guşəsi”nin də açılışı nəzərdə tutulur.

Türkmənistan Mədəniyyəti Günləri xalqlarımızın daha da yaxınlaşmasına və mədəni əlaqələrin inkişafına mühüm töhfə olacaq.

Mənbə: Mədəniyyət Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Taksi sürücüsü qadını döydü

Könül Kərimova

Sertifikatlaşdırma prosesinə dair növbəti görüş

Aynur Camal

Ermənistan azərbaycanlılara qarşı zorakılıq törədib – AÇIQLAMA

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu