21 C
Baku
11 İyun 2025, 2:19
Siyasət

“Azərbaycanın enerji siyasəti iqtisadi və siyasi uğurların aparıcı qüvvəsi hesab olunur”

Prezident İlham Əliyevin Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışında ölkəmizin enerji strategiyasından bəhs edib. Vurğulanıb ki, ilk neft-qaz sərgisi 1994-cü ildə təşkil edilib. Həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə sonralar “Əsrin müqaviləsi” adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzalanıb.

Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

O qeyd edib ki, bütün bunlar isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən strategiyası sayəsində mümkün olub: “Çünki enerji sahəsində geniş beynəlxalq əməkdaşlıq olmadan ölkə iqtisadiyyatını inkişaf etdirmək və Azərbaycanı o vaxt qarşılaşdığı problemlərdən xilas etmək mümkün olamayacaqdı. Sözsüz ki, o dövr Azərbaycan beynəlxalq əhəmiyyətli layihələrdə iştirakı böyük çətinliklərlə müşahidə olunurdu. Cənab Prezidentin də tədbirdə çıxışında qeyd etdiyi kimi o zaman Azərbaycan müəyyən obyektiv səbəbdən xarici investorlar üçün riskli ölkə hesab edilirdi. Ölkədə vətəndaş qarşıdurması yeni başa çatmışdı, iqtisadiyyat iflic vəziyyətində idi, inflyasiya 1000 faizlə ölçülürdü və yoxsulluq hökm sürürdü. Bununla yanaşı, ərazilərimizin Ermənistan tərəfindən işğalı nəticəsində 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdı. Məhz ölkəmizin başçısı tərəfindən bu maillər də bir daha diqqətə çatdırlıb. Bu gün isə Azərbaycanın enerji siyasəti iqtisadi və siyasi uğurların aparıcı qüvvəsi hesab olunur.

Deputat bildirib ki, bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkə kimi özünün beynəlxalq nüfuzunu daha da gücləndirir: “Ölkəmizin başçısının da vurğuladığı kimi neft və qazın ÜDM-də payı təqribən 30 faizdən artıqdır. Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirir. Məhz milli sərvətlərin düzgün bölüşdürülməsi nəticəsində yoxsulluğun azaldılmasına müvəffəq olunub. Eyni zamanda insan kapitalına və təhsilə ciddi maliyyə vəsaitləri yatırılıb. Bütün bunlarla yanaşı Azərbaycan öz tərəfdaşları ilə birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa edib. Bununla da ölkəmiz Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilib. Təsadüfi deyil ki, Azərbaycanın enerji layihələri sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib. Dövlətimizin başçısı da vurğulayıb ki, “bunların tacı Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizidir. Əlbəttə, bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Biz anlayırıq ki, bundan sonra da enerji, neft və qaz bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaqdır. Ötənilki “Bakı Enerji Həftəsi”ndəki çıxışım zamanı mən iştirakçılara məlumat verdim ki, o zaman biz səkkiz ölkəyə təbii qaz ixrac edirdik. Bu gün isə deyə bilərəm ki, həmin ölkələrin sayı 12-yə çatıbdır və bu, hələ də son deyil”.

Məlahət İbrahimqızı vurğulayıb ki, bütün bunlar ölkəmizin uğurlu enerji strategiyasının bariz nümunəsidir: “Ənəvi enerji resursları ilə yanaşı Azərbaycanın yaşıl enerji gündəliyi olduqca zəngindir. Neft və qazla zəngin olan ölkənin xarici investorlarla bərabər yaşıl enerjiyə sərmayə qoyması olduqca önəmlidir. Sözsüz ki, yaşıl enerji potensialı sayəsində Azərbaycan özünün elektrik enerjisinə artan tələbatını təmin edəcəyi hədəfləyib. Təbii ki, Azərbaycanın uğurlu COP29 sədrliyi bu xüsusda vacib önəm kimi qeyd edilir. Ölkəmizin COP29-la bağlı gündəliyi praqmatikdir. COP29-un uğurlu nəticələri “Bakı sıçrayışı” adlandırılan bir çox nailiyyətlərin əldə edilməsi tarixi əhəmiyyət kəsb edir. Bütün bunlar ölkəmizin enerji bazarında məsuliyyətli aktor, hər zaman real hədəfləri qarşısına qoyan və müxtəlif oyunçuları bir araya gətirə bilən ev sahibi olan Azərbaycanın uğurlu rolunu bir daha gündəmə gətirir. Çünki Azərbaycan COP29-la bağlı daha bir hədəfə Qlobal Cənub və Qlobal Şimal arasında körpünün qurulmasına nail olub. Sözsüz ki, ölkəmiz bundan sonra da qarşıya qoymuş olduğu bütün hədəflərə nail olacaq. Prezident İlham Əliyevin Liderliyi ilə Azərbaycanı daha böyük uğurlar gözləyir”.

Mənbə: Siyasetİnfo.Az

Aynur Camal

Oxşar xəbərlər

“Azərbaycan heç bir halda kiminsə kefinə uyğun siyasi qərar vermir!”

Aynur Camal

Qazaxıstanda parlament seçkilərinə start verildi

Aynur Camal

  N.Bennet: İran  qadağan olunmuş nüvə fəaliyyətləri barədə yalan danışıb

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu