Baş xəbərSiyasət

Azərbaycanın hava məkanı etibarlı şəkildə qorunur: (VİDEO)

Müdafiə Nazirliyindən  verilən məlumata görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələri gecə-gündüz növbə çəkir, ölkənin hava məkanı daim nəzarətdə saxlanılır və müvafiq tədbirlər görülür.

Hava Hücumundan Müdafiə bölmələrinin yüksək döyüş hazırlığı və sayıqlığı sayəsində avqustun 13-də Azərbaycan Ordusunun bölmələrinin mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən qanunsuz Ermənistan silahlı birləşmələrinin kvadrokopteri xüsusi təyinatlılar tərəfindən aşkar edilərək ələ keçirilib.

Azərbaycan-Ermənistan dövlət sərhədində, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya

olunduğu Azərbaycan ərazisində döyüş növbətçiliyində olan Azərbaycan Ordusunun hərbçiləri istənilən təxribatın qarşısını almağa hazırdırlar.

Bugün.tv

Bugün TV

Oxşar xəbərlər

Vüqar Bayramov: Cənub Qaz Dəhlizi Azərbaycanın regional enerji təhlükəsizliyində artan rolunu təsdiqləyir

Aynur Camal

“ABŞ-İran qarşıdurması regionun siyasi nizamını dəyişir”

Aynur Camal

ABŞ–İsrail–İran müharibəsində qalib tərəf yoxdur – siyasi ekspert

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu