Baş xəbərMədəniyyət

Azərbaycanın İsraildəki diaspor fəalı ravvin Şmuel Simantov Oğuz ictimaiyyəti ilə görüşüb

Bugun.tv xəbər verir ki, İAzərbaycanın İsraildəki diaspor fəalı ravvin Şmuel Simantovun Oğuz ictimaiyyəti ilə görüşü keçirilib. STMEQİ Beynəlxalq Xeyriyyə Fondunun və Oğuz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan görüş Mədəniyyət Mərkəzində gerçəkləşdirilib.

Şumuel Simantov oğuz ictimaiyyəti ilə görüşüb
İsraildəki diasporumuzun fəalı, ravvin Şmuel Simantov

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının, yerli ictimaiyyətin, yəhudi icmasının və bir sıra müvafiq dövlət qurumları nümayəndələrinin qatıldığı tədbirdə öncə Azərbaycan və İsrailin Dövlət himnlərinim səsləndirilib. Ardınca ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbir rejissor Rüfət Əsədovun ravvin Şmuel Smantovun iştirakı ilə çəkilmiş “Ananın duaları” sənədli filmindən fraqmentlərin nümayişi ilə davam edib.

Tədbirdə iştirak edən komitə sədrinin müşaviri Cahid Kazımov ölkələrimiz arasındakı dostluq və əməkdaşlıqdan bəhs edib. İsraildəki Azərbaycan diaspor fəallarının, o cümlədən ravvin Şmuel Simantovun diaspor quruculuğuna töhfələr verdiyini, Azərbaycan həqiqətlərinin İsrail ictimaiyyətinə çatdırılması istiqamətində yorulmadan çalışdıqlarını vurğulayıb. 2022-ci ildə israilli ravvinin Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunduğu bildirilib.

Oğuzda tədbir keçirilib
Oğuz sakinləri ilə görüş

Komitənin adından Şmuel Simantova, rejissor Rüfət Əsədova və Oğuz rayon İcra Hakimiyyətinə xatirə hədiyyələri təqdim edilib.

Tədbirdə çıxış edən  Şmuel Simantov ölkəmizə bağlılıqdan və sevgisindən, Azərbaycanın haqq səsinin eşidilməsi naminə İsraildə həyata keçirdikləri layihələrdən danışıb. Bu görüşün təşkilinə görə Komitəyə və digər təşkilatçılara minnətdarlığını bildirib.

Ravvin oğuzlularla görüşüb
Şmuel Simantovla görüş

Tədbir səhnədə Azərbaycan bayrağını dalğalandıran Şmuel Simantovun və üç oğlunun ifasında şəhid və qazilərimizə həsr olunmuş mahnının təqdim edilməsi ilə yekunlaşıb.

Bugün TV

Oxşar xəbərlər

Zirehli texnika heyətlərinin döyüş vərdişləri təkmilləşdirilir

Aynur Camal

Xalq artisti vəfat etdi.

Şükufə Ramizqızı

Xalq artisti vəfat etdi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu