7 C
Baku
22 Fevral 2026, 4:09
Siyasət

“Azərbaycanın Rusiyadan Su-35 təyyarələri alacağı” barədə məlumat tamamilə spekulyativ xarakter daşıyır”

“Son günlər internet şəbəkəsində yayılan “Azərbaycanın Rusiyadan Su-35 təyyarələri alacağı” barədə məlumat tamamilə spekulyativ xarakter daşıyır. Bu cür xəbərlərin başlıca məqsədi Azərbaycan–ABŞ və Azərbaycan–Avropa münasibətlərində gərginlik yaratmaq, qarşılıqlı etimadı sarsıtmaq və süni etibarsızlıq mühiti formalaşdırmaqdır – deyə politoloq Aqil Məmmədov  Facebook səhifəsində şərh paylaşıb.

Siyasi eksperin sözlərinə görə, Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra ordunun Türkiyə modeli əsasında yenidən formalaşdırılması prosesinə start verib. Bu mərhələdə əsas məqsəd ordunun NATO standartlarına cavab verən sistem və texnikalarla təchiz edilməsidir.

Eyni zamanda, HHQ (Hərbi Hava Qüvvələri) mütəxəssisləri uzun müddət müxtəlif ölkələrin təklif etdiyi döyüş təyyarələrinin imkanlarını və onların ordumuzda tətbiq perspektivlərini təhlil ediblər. Nəticə etibarilə, Pakistan-Çin birgə istehsalı olan JF-17C döyüş təyyarəsinin alınması qərara alınıb. Bununla bağlı Pakistanla müqavilə imzalanıb və ilk təyyarə artıq Ali Baş Komandana təqdim edilib. Müqavilə hələ tam icra edilməyib və yaxın zamanda yeni təyyarələr Hərbi Hava Qüvvələrinin inventarına daxil ediləcək.

Paralel olaraq Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələ başlayıb. İki ölkə liderləri arasında təmasların intensivliyi və səmimiliyi göstərir ki, Azərbaycan ABŞ hərbi sənayesindən ehtiyac duyduğu texnika və vasitələri asanlıqla təmin edə bilər.

“Bir xatırlatma edim, bir neçə il öncə qardaş Türkiyə HHQ- nin potensialını gücləndirmək məqsədilə NATO tərəfdaşlarından ala bilmədiyi dəstəyin təsiri ilə Rusiyadan S-400 sistemlərini tədarük etdi. Buna cavab olaraq, Türkiyə iştirak etdiyi F-35 layihəsindən çıxarıldı. F-35 layihəsi çərçivəsində sifarişləri icra edən türk şirkətləri milyard dollarlıq müqavilələri dondurmaq məcburiyyətində qaldılar. Hazırda Türkiyə bütün səylərinə baxmayaraq nə F-35 layihəsinə geri qayıda, nə də yeni F-16 təyyarələrinin alışını həyata keçirə bilir. Hətta pulunu ödədiyi halda texnikalar hələ də təhvil verilmir.

Belə bir məqamda “Azərbaycan Su-35 alır” iddiasının dövriyyəyə buraxılması və tirajlanması sadəcə hərəkətdə olan məsələyə mane olmaq cəhdidir” – deyə Aqil Məmmədov vurğulayıb.

Aynur Camal

Oxşar xəbərlər

“Cenevrə görüşündən nəticə çıxmasa, müharibə qaçınılmazdır” – politoloq

Aynur Camal

Məhəmməd Əsədullazadə: Tramp Zelenskini Rusiyaya güzəştə getməyə məcbur edir

Aynur Camal

İran Hürmüz Boğazı’nı hərbi təlim səbəbi ilə müvəqqəti bağlayacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu