32 C
Baku
19 İyul 2025, 15:20
Baş xəbərSiyasət

“Azərbaycanla Özbəkistan arasında münasibətlər uğurla inkişaf edir”

“Azərbaycanla Özbəkistan arasında münasibətlər uğurla inkişaf edir. Son illər hər iki ölkənin liderləri qarşılıqlı səfərlər edirlər ki, bu da dövlətlər arasında münasibətlərin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, iyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri xüsusi vurğulanmalıdır”.

Bugun.tv-xəbər verir ki, bu barədə Millət vəkili Fatma Yıldırım şərhində qeyd edib.

Deputat eyni zamanda vurğulanıb ki, bu qarşılıqlı səfərlər Türk dövlətlərinin birliyi kontekstində də böyük önəm kəsb edir. Özbəkistan Prezidentinin budəfəki səfəri zamanı dövlət başçılarının görüşü, aparılan müzakirələr, iki ölkə arasında müxtəlif sənədlərin mübadilə edilməsi iki dost ölkə arasında münasibətlərin gələcəyi barədə aydın təsəvvür yaradır. Azərbaycan və Özbəkistan dövlət başçılarının şəxsi münasibətləri, mübadilə edilmiş sənədlər bu səfərin ikitərəfli əlaqələrin inkişafında tarixi önəm kəsb etdiyini təsdiqləyir. Gələcəyin əsas hədəfi isə Azərbaycan və Özbəkistan arasında əlaqələri daha da gücləndirməkdir. Xatırladaq ki, hələ ötən ilin avqustunda Prezident cənab İlham Əliyevin Daşkəndə səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə dövlətlərimiz rəsmən müttəfiq oldular. Bu ölkələrimizin əməkdaşlığında tarixi hadisədir.

Özbəkistan Prezidentinin səfəri zamanı mübadilə edilmiş sənədlər, o cümlədən Ali Dövlətlərarası Şuranın ikinci iclasının keçirilməsi Azərbaycan və Özbəkistan arasında əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəldəcək. Bütövlükdə, qarşıya qoyulan hədəflər türk birliyinin daha da güclənəcəyini təsdiqləyir.

Özbəkistan Prezidentinin Azərbaycana hələ 2023-cü ilin avqustunda gerçəkləşən səfəri zamanı işğaldan azad olunmuş Füzuli şəhərində Özbəkistan tərəfindən orta məktəb binasının inşa edilməsi əsl qardaşlıq nümunəsidir. Çox əlamətdar hadisədir ki, həmin səfər zamanı Özbəkistan prezidenti və xanımı, Prezident cənab İlham Əliyev və birinci xanım hörmətli Mehriban Əliyeva məktəbin açılışını etdilər. Eləcə də, ali qonaqların Şuşaya səfəri də çox mühüm hadisə idi. Bundan əlavə, ötən il Özbəkistanın da sərmayəsi ilə Xankəndi şəhərində tekstil fabrikinin istifadəyə verilməsi növbəti qardaşlıq nümunəsi oldu.

İyulun 2-də dövlət başçılarının iştirakı ilə Bakıda Özbəkistanın səfirliyinin yeni binasının açılışı və “Özbəkistan” parkının təməlinin qoyulması ölkələrimiz arasında əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəldəcək.

Ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələr güclənir. Bu baxımdan, parlamentlərarası əlaqələrin inkişafını da məmnunluqla vurğulayıram. Bir neçə gün öncə Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə böyük nümayəndə heyəti ilə Özbəkistanın Xivə şəhərində səfərdə olduq. İlk dəfə olaraq, “Yeni üfüqlərə doğru: Dialoqdan birgə fəaliyyətə” mövzusuna həsr olunmuş Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumu keçirildi. Forumda kifayət qədər geniş mövzularda müzakirələr aparıldı. Hesab edirəm ki, bu tədbir ölkələrimiz arasında münasibətlərin inkişafının vacib bir göstəricisidir.

Beləliklə, iki türk dövlətinin dil, din, tarixi bağlılığı möhkəm təməllər üzərində qurulub və bu təməllər ildən ilə daha da güclənir.

Fatma Yıldırım

Milli Məclisin deputatı

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycan və İsrail müdafiə nazirləri arasında telefon danışığı olub

Bugün TV

Paytaxt polisi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 24 fakt aşkarlayıb

Aynur Camal

Bu iPhone-lar artıq WhatsApp-dan istifadə edə bilməyəcəklər!

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu