24 C
Baku
19 İyul 2025, 8:42
Baş xəbərİqtisadiyyat

Azərbaycanla Türkiyə arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Azərbaycan ilə Türkiyə arasında aqrar sahədə birgə layihələrin reallaşdırılması, aqrar sənaye kompleksinin inkişafı ilə bağlı əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanlar var.

Bu barədə Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva Türkiyədə TSÜAB sədri Yıldıray Gənçər ilə keçirilən görüşdə bildirib.

Assosiasiyadan Bugun.tv-yə bildirilib ki, görüş zamanı Azərbaycan və Türkiyə arasında icra edilən müxtəlif layihələr, aqrar sahədə innovasiyaların təşviq və tətbiqi, yeni texnologiyalardan istifadə etməklə məhsuldarlığın yüksəldilməsi, aqrar idarəetmənin təkmilləşdirilməsi və əməkdaşlıq imkanları müzakirə edilib. Tərəflər aqrar sahədə Azərbaycan və Türkiyə birgə əməkdaşlığının daha da genişləndirilməsinin vacib olduğunu vurğulayıblar. TSÜAB sədri Yıldıray Gənçər Azərbaycan Toxumçular Assosiasiyasının fəaliyyətini yüksək qiymətləndirib və Assosiasiyanın ECOSA-ya üzv olduğu bəyan edib. TSÜAB sədri Mədinə Əliyevanı ECOSA-nın İdarə Heyətində görməkdən məmnun olduğunu və quruma üzv olmağı təklif edib. Görüşün sonunda Azərbaycan Toxumçular Assosiasiyası ilə TSÜAB arasında əməkdaşlıq protokolu imzalanıb.

Səfər çərçivəsində Türkiyə Toxumçular Birliyinin sədri Savaş Akçan ilə ikitərəfli görüş keçirilib. Qeyd olunub ki, əsas məqsəd iki ölkə arasında aqrar biznes imkanlarının və yeni layihələrin yaradılmasına nail olmaqdır. Bunun üçün bu sahədə birgə fəaliyyət və layihələrin icrası üçün böyük potensial var.

Həmçinin, Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Bitkiçilik Baş Müdirliyi Dr Mehmet Haşdemir ilə görüş keçirilib. M.Haşdemir yaxın gələcəkdə Assosiasiya ilə birlikdə icra ediləcək layihələr və əldə ediləcək uğurlu nəticələrdən bəhs edib. Görüşün sonunda qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Nigar Məmmədova

Oxşar xəbərlər

Psixoloq: 2025-ci il üçün özümüzə necə hədəflər qoyaq?

Aynur Camal

KXDR-in hərbi təxribatından sonra Cənubi Koreyanın Yonpyonq adasının sakinləri təxliyə edilir

İntizar Əmirova

Samsung, Apple-ın ləğv etdiyinə bənzər bir abunə planını işə salır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu