18 C
Baku
27 Oktyabr 2025, 14:45
Baş xəbərDigər

Azərbaycanlı tələbələr ABŞ-da beynəlxalq sərgidə iştirak ediblər

ABŞ-da fəaliyyət göstərən Azərbaycan Tələbə Təşkilatının üzvləri Florida Beynəlxalq Universitetində keçirilən tələbə təşkilatlarının sərgisində iştirak ediblər.

Bugün.tv Report-un ABŞ bürosuna istinadən xəbər verir ki, Azərbaycan Tələbə Təşkilatının qurucusu, universitetin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər fakültəsinin gənc tələbəsi, həmyerlimiz Aydın Eminovun təşkilatçılığı ilə açılan Azərbaycan pavilyonunda milli atributlar nümayiş olunub, adət-ənənələrimizi tərənnüm edən kitablar, fotolar və suvenirlər sərgilənib.

Həmyerlimiz qonaqları ölkəmiz haqqında geniş məlumatlandırıb. Bildirib ki, Azərbaycan qədim tarixə sahib, bir çox xalqların və millətlərin birgə sülh və əmin-amanlıq şəraitində yaşadığı, zəngin təbii sərvətləri və milli adət-ənənələri olan ölkədir.

Qazaxıstan, Argentina, Rumıniya, Venesuela, Pakistan, Banqladeş, Rusiya, İsrail, Kolumbiya, İtaliya və digər ölkələrdən olan xarici tələbələr A.Eminovun təqdimatını maraqla izləyiblər. Xarici tələbələr Azərbaycan çayından içib, milli mətbəximizin ləziz təamlarından dadıblar.

Tədbirdə Azərbaycan Tələbə Təşkilatının üzvləri, Florida Beynəlxalq Universitetində təhsil alan azərbaycanlı tələbələr də iştirak ediblər. Onlar qonaqların ölkəmizlə bağlı suallarına aydınlıq gətirib, tələbələri maraqlandıran məsələlər haqqında məlumatlar veriblər.

Aynur Camal

Oxşar xəbərlər

Müdafiə naziri azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşdü

Aynur Camal

Bakı Paşinyana cavab verib

Bugün TV

 Yerlə toqquşma ehtimalı 83-də 1 olan 60 metrlik asteroid kəşf edilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu