3 C
Baku
14 Dekabr 2025, 22:32
Digər

“Azərişıq” sədri vətəndaşları qəbul etdi – Foto

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov yanvarın 30-da İsmayıllı şəhərində İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşları qəbul edib.

Bugun.tv xəbər verir ki, qəbul “Azərişıq” ASC-nin İsmayıllı Elektrik Şəbəkəsinin inzibati binasında keçirilib.

Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən baş tutub.

Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin İsmayıllı şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub və əziz xatirəsinə dərin ehtiram ifadə edilib.

Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.

Vətəndaşlar bölgələrdə qəbulla bağlı göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.

 

 

 

 

Bugün TV

Oxşar xəbərlər

Rusiyanın həyəcan verici nüvə bəyanatı

Aynur Camal

Səfir: Ankara Ukraynaya hərbçi göndərilməsi imkanını nəzərdən keçirir

Bugün TV

“İnanıram” tamaşasının premyerası olub.

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu