33 C
Baku
20 İyul 2025, 19:46
Baş xəbərKriminal

Azyaşlının ölümü ilə nəticələnən hadisə baş verdi

Azyaşlının ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi ilə bağlı DİN-nin​ Baş Dövlət​ Yol​ Polisi İdarəsindən Bugun.tv-yə məlumat verilib.

Bildirilib ki, Nəsibova Səidə Nazim qızının ​ idarə etdiyi “Mercedes” markalı, 90-TE-763 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.

Hadisə bu gün saat 06:59 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən 216-cı kilometrliyində baş verib.

Nəticədə, sürücünün bacısı qızı, 2014-cü il təvəllüdlü Aynişan Abdullayeva hadisə yerində həyatını itirib.

Əraziyə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Aynur Camal

Oxşar xəbərlər

Heydər Əliyev Azərbaycan üçün bütün zamanların ölməz Lideri olaraq yaşayacaq

Aynur Camal

Kraliça Elizabet və Şahzadə Filipin toy tortunun bir dilimi 2200 funta satıldı

Aynur Camal

Tramp Çin mallarına əlavə rüsumlar tətbiq edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu