Azyaşlının ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi ilə bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsindən Bugun.tv-yə məlumat verilib.
Bildirilib ki, Nəsibova Səidə Nazim qızının idarə etdiyi “Mercedes” markalı, 90-TE-763 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.
Hadisə bu gün saat 06:59 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən 216-cı kilometrliyində baş verib.
Nəticədə, sürücünün bacısı qızı, 2014-cü il təvəllüdlü Aynişan Abdullayeva hadisə yerində həyatını itirib.
Əraziyə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.