22 C
Baku
27 İyul 2025, 7:48
Baş xəbərSiyasət

Azərbaycan artilleriyaçıları beynəlxalq yarışda uğurla iştirak edirlər

Mudafiə Nazirliyinin məlumatına görə Qazaxıstan Respublikasında keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin növbəti mərhələsində gecə atıcılığı həyata keçirilib.

Azərbaycan artilleriyaçılarının ikinci heyəti maneələr kursunu və mina sahəsini keçərək minaatanlardan, qumbaraatanlardan və pulemyotlardan atəşlə işıqlandırılan hədəfləri məhv edib.

Qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən ustalıqla gələn Azərbaycan hərbçiləri hakimlərin qərarı ilə üçüncü yeri tutmuşlar.

Qeyd edək ki, beynəlxalq yarışda Azərbaycanla yanaşı Qazaxıstan, Belarus, Ermənistan, Qırğızıstan, Rusiya, Tacikistan, Venesuela və Zimbabve komandaları iştirak edir.

Bugün.tv

Bugün TV

Oxşar xəbərlər

Millət vəkili şəhid ailəsini ziyarət etdi

Aynur Camal

Hücumların izləri belə görüntüləndi

Aynur Camal

4,1 bal gücündə zəlzələ baş verdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu