28 C
Baku
11 Sentyabr 2025, 15:26
Baş xəbərSiyasət

“Azərbaycan çoxvektorlu xarici siyasət kursu aparır”

Ukraynanın tərəfdaş kimi suverenliyinə və ərazi bütövlüyünə hörmət edən Azərbaycan kimi bir ölkənin olması vacibdir.

Bugun.tv xəbər verir ki, bunu Azərbaycana səfərin yekunlarını şərh edərkən Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratiuk yazıb.

O bildirib ki, müharibə dönəmində Azərbaycan Ukraynaya humanitar yardım göstərir və təkcə bu işlə kifayətlənmir.

“Ukraynaya dəstək Azərbaycanda insanlarla hər ünsiyyətdə də hiss olunur. Azərbaycan iki müharibədən çıxıb, güclü ordu yaradaraq ərazilərini azad edə bilib. Eyni zamanda, Türkiyə, İsrail, ərəb ölkələri kimi güclü hərbi və siyasi müttəfiqləri var. Azərbaycan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması, veteranlarla bağlı sosial siyasət, hərbi və mülki reabilitasiya sahələrində təcrübəyə malikdir”, – deyə Ali Radanın sədr müavini qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan Avropa İttifaqı (Aİ)ilə sıx əməkdaşlıq edərək çoxvektorlu xarici siyasət kursu aparır. Xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə Aİ ölkələrinə ildə 20 milyard kubmetrdən çox qaz tədarük ediləcək.

Mənbə: AZƏRTAC

Aynur Camal

Oxşar xəbərlər

“Zorlamaya görə cəzanın sərtləşdirilməsi sosial sifarişdir” – Əməkdar jurnalıst çağırış etdi

Bugün TV

Zelenski Ukrayna Xarici İşlər Nazirliyinə göstəriş verdi

Teymur Əziz

ABŞ-da diqqət çəkən anket!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu