29 C
Baku
1 İyun 2025, 14:07
Baş xəbər

Azərbaycan çoxvektorlu xarici siyasət strategiyası sayəsində regionda və beynəlxalq aləmdə öz mövqeyini gücləndirir

Azərbaycan çoxvektorlu xarici siyasət strategiyası sayəsində regionda və beynəlxalq aləmdə öz mövqeyini gücləndirir. Xüsusilə, iqtisadiyyatın şaxələndirilməsi, nəqliyyat-tranzit imkanlarının artırılması və enerji sektorunda dayanıqlı siyasətin davam etdirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin strateji baxışlarının, uzaqgörən siyasətinin nəticəsidir.

Qlobal çağırışlara fərqli yanaşma və uğurlu siyasi strategiya ilə vəziyyəti fürsətə çevirmək qabiliyyəti cənab Prezidentimizin yüksək siyasi peşəkarlığını nümayiş etdirir. Məhz bu bacarıq XXI əsrin uğurlu inkişaf modelini formalaşdıran əsas amillərdən biridir. Azərbaycanın bu istiqamətdəki nailiyyətləri ölkənin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, yeni reallıqlara adaptasiya olunma potensialını da nümayiş etdirir. Cənab İlham Əliyevin dünya düzəninin yenidən düşünülməsi və çağırışların fürsətə çevrilməsi haqqındakı baxışları Azərbaycanın regional və beynəlxalq miqyasda artan rolunu daha da möhkəmləndirir. Ölkəmizin günü-gündən artan uğurları, müstəqil siyasəti və qlobal təşəbbüsləri ilə müasir dünya modelində rolu, beynəlxalq münasibətlər sisteminin daha ədalətli və dayanıqlı olmasına mühüm töhfələr verir.

İlkin Əliyev

Yeni Azərbaycan Partiyasının Zərdab rayon təşkilatının sədri

Aynur Camal

Oxşar xəbərlər

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan barneli ucaldıdı

Aynur Camal

Hərbi avtomobil yük maşınına çırpılıb: Yaralılar var

Bugün TV

Yaponiya sahillərində qəzaya uğrayan ABŞ hərbi təyyarəsinin 6 ekipaj üzvünün cəsədi tapıldı

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu