10 C
Baku
22 Dekabr 2024, 22:22
Siyasət

Azər­baycan-Ermənistan sərhədində atışma olub

Bugün.tv xəbər verir ki, Ermənistan mətbuatında Azər­baycan-Ermənistan döv­lət sərhədində guya Azərbaycan tərəfinin atəşkəsi pozması nəticəsində Ermənistan Silahlı Qüvvələrinin 1 hərbi qulluq­çusunun ağır yaralanması barədə məlumatlar yayıl­mışdır.     Dövlət Sərhəd Xidmətindən (DSX) bununla əlaqədar rəsmi olaraq bildirilir ki, bu məlu­matlar həqi­qətə uyğun deyil və real­lığı əks etdirmir.

“Ermənistan hərbi qulluqçusunun yaralandığı ərazinin (ER-nın Sünik vilayətinin Nerkin And kəndi) qarşısında (Zəngilan rayonu­nun Razdərə kəndi) dövlət sər­hə­dinin müdafiəsi və mühafizəsini hə­yata keçirən bölmələrimiz tərə­fin­­dən həmin gün ərzində ER ərazisi istiqamətində ümumiyyətlə atəş açılmamışdır.

Eyni zamanda, bölmələrimiz tərəfindən həyata keçirilmiş müşa­hidələr nəticəsində Ermənistan Silahlı Qüvvələrinin bölməsinin dislo­kasiya yerində hərbçilərin içkili vəziyyətdə intizamsızlıq etmələri, saat 10:37 radələrində isə çadırın içərisində 1 ədəd, 8 dəqiqə sonra – saat 10:45-də isə daha 2 ədəd atəş səslərinin eşidil­məsi, bir qədər sonra isə xərəkdə 1 nəfərin çadırdan çıxarılaraq təx­liyə edilməsi qeydə alınmışdır.

Həmin vaxt həyata keçirilmiş müşahidə, foto-video və digər materialların təhlili hadisənin Ermənistan hərbçiləri­nin öz aralarında baş verdiyini göstərir. Ermənistan tərəfinə bu cür təxribat xarakterli üsullara əl ataraq Silahlı Qüvvələrində ölümlə nəticələnən inti­zam­sızlıq hadisələrini gizlətmək əvəzinə ictimaiyyətə doğru məlumat verməyi tövsiyə edirik”, – məlumatda deyilir.

Bugün TV

Oxşar xəbərlər

C.Məmmədov: “İran planlarını həyata keçirmək üçün din amilindən istifadə edir”

Bugün TV

Gələn həftə üç ölkənin diplomatı Moskvada görüşəcək

Nigar Məmmədova

Prezident İ.Əliyev Fransanın Avropa və xarici işlər nazirini qəbul edib – YENİLƏNƏCƏK

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu