8 C
Baku
21 Dekabr 2025, 19:42
Dünya

Azərbaycan Ermənistana xəbərdarlıq etdi

“Əgər təxribatlara son qoyulmasa, lazımi tədbirlər görüləcək”

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanı silahla təmin edən Fransa və Ermənistanla birgə təlimlər təşkil edən ABŞ-a reaksiya verib. Bildirilib ki, bütün addımlar İrəvanı təxribata sövq edib.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq edib. Bəyanatda həm Ermənistanın ABŞ ilə İrəvanda təşkil etdiyi birgə təlim, həm də Fransanın ölkəyə verdiyi silah dəstəyi xatırladılıb.

Həmçinin qeyd olunub ki, Aİ “Avropa Sülh Fondu” çərçivəsində Ermənistan ordusuna 10 milyon avro dəyərində hərbi yardım paketi verəcək.

Bu kimi addımların Ermənistanı təxribatlara sövq etdiyi və onu Azərbaycana qarşı növbəti müharibəyə hazırladığı bildirilib ki, “Ölkəmizə qarşı bu cür təxribat hərəkətlərinə son qoyulmasa, özünümüdafiə məqsədilə lazımi cavab tədbirləri görüləcək. Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan bütün vasitələrdən istifadə etməklə.”

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

Kahramanmaraş mərkəzli zəlzələlər səbəbiylə yollarda dərin çatlar əmələ gəlib

Aynur Camal

Azərbaycan D-8-ə üzv oldu

Aynur Camal

ABŞ-da universitet tələbələri Qəzzaya görə aclıq aksiyasına başlayıblar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu