18 C
Baku
17 Fevral 2026, 15:33
Baş xəbərSiyasət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmiləri Rusiyadan qayıdır

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin patrul gəmiləri və hərbi qulluqçuları birgə hərbi əməliyyatlar planına uyğun olaraq Rusiyaya səfər etdikdən sonra Vətənə dönüblər.

Səfər çərçivəsində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyətinin Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər flotiliyasının rəhbərliyi ilə görüşü olub.

Görüşdə Azərbaycan Hərbi Dəniz Qüvvələri ilə Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər Donanması arasında dostluq əlaqələri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Bundan əlavə, Azərbaycan dənizçiləri Rusiya Federasiyasında keçirilən bir sıra tədbirlərdə iştirak ediblər.

Bugün.tv 

Bugün TV

Oxşar xəbərlər

Qəzzada çadırlar arasında Ramazan hazırlığı

Aynur Camal

Evinin sənədi olmayanlara vacib xəbər: Bu halda 15 günə çıxarış almaq mümkün olacaq

Aynur Camal

“Azərbaycan-Ermənistan ticarət əlaqələri rəsmi statistikada əksini tapıb”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu