Aİ 1991-ci ildən başlayaraq Azərbaycanla get-gedə daha çox yaxınlaşır. O, iqtisadi inteqrasiyanı dərinləşdirməklə və ölkə ilə siyasi əməkdaşlığı artırmaqla, bu özül üzərində daha çox irəliləyişə nail olmaq istəyir.
Mədəni və ictimai diplomatiya, Aİ-nin xarici siyasət işinin əsas istiqamətidir. Bu günə qədər Aİ Nümayəndəliyi Azərbaycanda müxtəlif Festivallar təşkil etmişdir. 2010-cu ildən başlayaraq, Avropa İttifaqı Nümayəndəliyi, Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında mədəni əlaqələri qurmaq və inkişaf etdirmək və Avropa film sənayesi vasitəsi ilə Avropa dəyərlərinin daha yaxşı anlaşılmasına töhfə vermək məqsədi ilə hər il Avropa Film Festivallarını təşkil edir.
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən təşkil olunan digər Festivallar arasında mədəniyyətlərarası dialoq, müxtəliflik və tolerantlıq dəyərlərini təbliğ etmək üçün “Imagine” Avro Tolerantlıq Festivalı; mədəni irsin nümayiş etdirilməsinə və qorunmasına ehtiyac barədə məlumatlılığı artırmaq üçün “Fantaziya” Mədəni İrs Festivalı; Azərbaycan cəmiyyətində və dünyada qadınların rolunu vurğulamaq üçün Beynəlxalq Müasir İncəsənət Festivalı “MAIDEN TOWER”, “To Be a Woman” vardır.
Aİ və onun Azərbaycandakı fəaliyyəti barədə məlumatlılığı artırmaq üçün Aİ Nümayəndəliyi Bakıda və Azərbaycanın bölgələrində “Avropa Şəhərciyi” və “EU for You” (Aİ sənin üçün) kimi tədbirlər təşkil edir.
Vətəndaş cəmiyyəti və QHT-lər demokratiya, insan hüquqları, qanunun aliliyi, yaxşı idarəçilik, bazar iqtisadiyyatı prinsipləri və davamlı inkişaf üçün həyati əhəmiyyət daşıyır.
Avropa İttifaqı hər zaman vətəndaş cəmiyyətini təşviq etmək arzusunda olmuşdur. O, 1999-cu ildə Brüsseldə ilk Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu keçirməklə buna nail oldu. ŞT VCF Avropaya inteqrasiyanın təşviqinə, islahatlara və Azərbaycanın da daxil olduğu altı Şərq Tərəfdaşlığı ölkəsində demokratik transformasiyaların inkişafına yönəlmiş unikal çox qatlı regional vətəndaş cəmiyyəti platformasıdır.
İQTİSADİ ƏLAQƏLƏR: Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı, ən böyük ixrac və idxal bazarıdır və ölkənin ən böyük sərmayədarıdır (təxminən 7 milyard avro birbaşa investisiya ilə). Aİ Avropa Qonşuluq Siyasəti (AQS) və Şərq Tərəfdaşlığı təşəbbüsü vasitəsilə Azərbaycanla daha yaxın iqtisadi inteqrasiyanı dəstəkləyir. Azərbaycan ÜTT-yə üzv olmaq üçün yardım məqsədilə Aİ-dən texniki yardım alır.
Alaverdova Zəhra, Azərbaycan universiteti, politologiya, bakalavr, 2-ci kurs